Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib

Dünya

14.03.2024 - 12:14

cedabet dərman SEO Xidməti

Polyanski: “Bu məsələ ilə bağlı müraciət etdiyimiz müzakirə qapalı olacaq”

Rəsmi Moskva “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribatı araşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. AYNA xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “Telegram” kanalında yazıb.

Polyanski deyib ki, martın 14-də rusiyalı diplomatlar BMT Təhlükəsizlik Şurasının iclasında yenidən “Şimal axını”nda terror aktlarının araşdırılmasını tələb edəcəklər.

“Bu məsələ ilə bağlı müraciət etdiyimiz müzakirə qapalı olacaq, bundan sonra mətbuata açıqlama verməyi planlaşdırırıq”, - Polyanski əlavə edib.

Onun sözlərinə görə, Danimarka və İsveçin araşdırmaları başa çatandan onların vaxt udmaq istəyi daha da aydınlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş