"Rusiya Belarusda nüvə silahının yerləşdirilməsi üzərində işləməyə davam edir"

Dünya

07.09.2023 - 12:01

cedabet dərman SEO Xidməti

Ryabkov: “Taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi Rusiya Prezidentinin söylədiyi qrafikə uyğun həyata keçirilir”

“Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi üzrə işlər davam etdirilir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Bişkekdə keçirilən “Nüvə silahının yayılmaması rejiminin gücləndirilməsi” adlı regional seminar zamanı deyib.

“Rusiya taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi Rusiya Prezidentinin söylədiyi qrafikə uyğun həyata keçirilir”, - Ryabkov vurğulayıb.

Diplomat həmçinin qeyd edib ki, hazırda infrastrukturun yaradılması və daşıyıcıların yenidən təchiz edilməsi baxımından bir neçə mərhələ həyata keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş