Rusiya Arktika Şurasından çıxa bilər

Dünya

06.02.2024 - 11:59

cedabet dərman SEO Xidməti

“Arktika Şurasının fəaliyyəti Rusiyanın maraqlarına uyğun gəlmirsə, onun tərkibindən çıxmaq lazımdır”

Rusiya Arktika Şurasının fəaliyyəti onun maraqlarına cavab vermədiyi təqdirdə üzvlükdən çıxa bilər. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya tərəfinin Şuradan çıxması ehtimalı barədə bu ölkənin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov deyib.

“Biz ondan çıxış edirik ki, xarici siyasət manevri üçün bütün variantlarımız olmalıdır. O cümlədən Arktika Şurasının fəaliyyəti Rusiyanın maraqlarına uyğun gəlmirsə, onun tərkibindən çıxmaq lazımdır”, - diplomat bildirib.

Onun sözlərinə görə, Şura hazırda mümkün olan ən aşağı sürətlə fəaliyyət göstərir: “Təşkilata sədrlik edən Norveç öz işini tam formatda bərpa etməyə çalışır, lakin digər iştirakçılar arasında dəstək tapmır”.

Bundan əvvəl Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin yeni sədri norveçli Morten Hoqlund bildirib ki, Rusiya ilə şuranın digər üzvləri arasında tam əməkdaşlığın dayandırılması təşkilatın işini çətinləşdirir. O, həmçinin təşkilatın yaxın gələcəkdə tam ştatlı işə qayıda bilməyəcəyi barədə də bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş