Rusiya altı uşağı Ukraynaya təhvil verib

Dünya

22.05.2024 - 17:51

Həkimlər Klinikalar SEO Xidməti

“Altı oğlan uşağının ailələrinə qovuşması Qətərin vasitəçiliyi ilə mümkün olub”

Rusiya altı uşağı Ukraynaya təhvil verib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiyada uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova deyib.

“Altı oğlan uşağının ailələrinə qovuşması Qətərin vasitəçiliyi ilə mümkün olub”, uşaq ombudsmanı qeyd edib.

Lvova-Belova bildirib ki, “xüsusi hərbi əməliyyat” zamanı ümumilikdə 70 uşaq öz qohumlarına qovuşub.

Aprelin sonunda Moskva və Kiyev arasında uşaqlarla bağlı ilk danışıqlar aparılıb. Lvova-Belovanın sözlərinə görə, əldə olunan razılaşmalara əsasən, 29 uşaq Ukraynaya, 19 uşaq Rusiyaya təhvil veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş