Rusiya ABŞ-ın 227 vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Dünya

14.03.2024 - 16:19

cedabet dərman SEO Xidməti

Rusiyaya girişi qadağan edilənlər arasında keçmiş səfir Con Sallivanın da adı var

Rusiya Vaşinqtonun Moskvadakı keçmiş səfiri Con Sallivan və ABŞ administrasiyasının rusofobik kursunda iştirak edən daha 226 Amerika vətəndaşının ölkəyə girişinə qadağa qoyub. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında dərc olunmuş məlumatda bildirilib.

“ABŞ hakimiyyətinin “Kreml və xüsusi hərbi əməliyyatı dəstəklədiyinə” görə Rusiya vətəndaşlarına qarşı kütləvi şəkildə tətbiq etdiyi davamlı genişlənən sanksiyalara cavab tədbirləri kontekstində, 227 amerikalı üçün Rusiya Federasiyasına girişi qadağan edilib. ABŞ-ın hazırkı administrasiyasının, habelə anti-Rusiya hərəkətlərində bilavasitə iştirak edənlərin rusofob kursunun həyata keçirilməsi yolverilməzdir”, - XİN-in bəyanatında deyilir.

Rusiya XİN qeyd edir ki, söhbət icra hakimiyyətində, biznes dairələrində, media sferasında və akademik dairələrdə olan konkret şəxslərdən gedir.

Məlum olub ki, Moskva Sallivandan başqa ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanının müavini Endryu Roulinq və FTB-nin xüsusi agentləri Nil Somers və Aron Steketi kimi şəxslərin ölkəyə girişinə qadağa qoyub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş