Rumıniya Ukrayna taxılının tranzitini iki dəfə artıracaq

Dünya

27.08.2023 - 22:43

cedabet dərman SEO Xidməti

Baş nazir: “Tranzit ayda 2 milyon tondan 4 milyon tona qədər artacaq”

İki ay ərzində Rumıniya Ukrayna taxılının öz ərazisindən tranzitini iki dəfə artıracaq. Rusiyanın addımlarından asılı olmayaraq, bu, ayda 2 milyon tondan 4 milyon tona qədər artacaq. AYNA xəbər verir ki, bu barədə ölkənin Baş nazir Marsel Kolaku “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Rumıniya hökumətinin başçısının sözlərinə görə, 2023-cü il üçün Ukrayna təxminən 40 milyon ton taxıl ixrac edə biləcək.

Qeyd edək ki, Rumıniya Kiyevə ixracına kömək etmək üçün Konstansa limanında və ona gedən marşrutlarda imkanları artırıb. Səlahiyyətlilər həmçinin digər ixrac marşrutuna, Sulina kanalına (Dunay və Qara dənizi birləşdirən) sərmayə qoyurlar.

Baş nazir qeyd edib ki, bundan əlavə, Buxarest yüklərin daşınmasını sürətləndirmək üçün daha çox avtomobil sərhəd keçid məntəqələri açacaq və Ukrayna ilə həmsərhəd stansiyalarda dəmir yolu infrastrukturunu təkmilləşdirəcək.

Kolaku ümid etdiyini bildirib ki, Ukrayna taxıl ixracının 60 faizə qədəri Rumıniya ərazisindən keçəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş