Roma Papası Fransis xəstəxanaya yerləşdirilib

Dünya

30.03.2023 - 03:08

Həkimlər Klinikalar SEO Xidməti

Papa son günlər nəfəs almaqda çətinlik çəkdiyindən şikayətlənib

Roma Papası Fransis xəstəxanaya yerləşdirilib. AYNA-nın xəbərinə görə, bu barədə Vatikan məlumat yayıb. Bildirilib ki, Papa Fransis tənəffüs yolunda yoluxucu infeksiyanın müalicəsi üçün xəstəxanada bir neçə gün yatmalı olacaq.

Həmçinin qeyd edilib ki, 86 yaşlı Papa son günlər nəfəs almaqda çətinlik çəkdiyindən şikayətlənib.

Vatikan, Papanın COVID-19 testinin neqativ olduğunu da əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş