Mayın 31-dən etibarən müştərilərə saat 22:00-dək xidmət etməyə icazə veriləcək
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saatları uzadılır. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, xidmət saatları 08:00-dan 22:00-dək (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla) həyata keçirilir.
Qeyd edək ki, indiyədək kafe-restoranarda yerində xidmətə saat 18.00-dək icazə verilirdi. 31 may 2020-ci il saat 00:00-dan etibarən isə xidmətə icazə müddəti saat 22:00-dək uzadılacaq.