Antoni Blinken: “Haniyənin ölümündə ABŞ-nin əli yoxdur”
"Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündə ABŞ-nin əli yoxdur". AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken deyib.
Blinken ABŞ-ın Haniyənin öldürüləcəyi barədə əvvəlcədən məlumatlı olmadığını və bu sui-qəsddə əli olmadığını söyləyib.
HƏMAS-ın siyasi bürosunun rəhbərinin öldürülməsinin Qəzza zolağında müharibənin gedişatını dəyişib-dəyişdirməyəcəyi barədə suala gəlincə, dövlət katibi bildirib: “Fərziyyələr qurmaq çox çətindir və illər ərzində başa düşdüm ki, heç vaxt bir hadisənin digərinə təsiri barədə fərziyyə yürütmək olmaz”.