İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

Xəbərlər

23.11.2026 - 12:59

Azərbaycan Milli Məclisinin və Özbəkistan Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası da keçiriləcək

Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib.

Forumda “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusunda fikir mübadiləsi aparılacaq.

Tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planının (“Yol xəritəsi”) imzalanması nəzərdə tutulur.

Forum çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin və Özbəkistan Respublikası Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası da keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş