Çin Xarici İşlər Nazirliyi ABŞ və NATO-ya Ukrayna böhranı ilə bağlı çağırış edib
“ABŞ və NATO Ukrayna böhranına görə məsuliyyət daşımalıdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu çağırışla Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin çıxış edib.
Rəsmi Pekin bununla NATO-nun baş katibi Yens Stoltenberqin Çini hədələməsinə cavab verib.
“Ukrayna probleminə görə məsuliyyətdən danışsaq, mən hesab edirəm ki, ABŞ və NATO bunu öz üzərinə götürməlidir. Şimali Atlantika Alyansının Çini qınamaq və ya ona təzyiq göstərmək üçün lazımi statusu yoxdur”, - diplomat bildirib.
Mao Nin Çin tərəfinin sülh danışıqlarının tərəfdarı olduğuna diqqət çəkib: "Tarix nəhayət, kimin həqiqətən ədalətli və düzgün mövqe tutduğunu mühakimə edəcək".
Qeyd edək ki, Stoltenberq bildirib ki, Pekin Moskvaya silah vermək qərarına gəlsə, Çin ciddi nəticələrlə üzləşəcək. Martın 21-də baş katib qeyd edib ki, NATO-da Çindən Rusiyaya silah tədarükü ilə bağlı heç bir sübut yoxdur. Onun sözlərinə görə, Moskva Pekindən müvafiq yardım istəyib və hazırda bu təşəbbüs nəzərdən keçirilir.