Annalena Berbok: “Baltikyanı ölkələrin təhlükəsizliyi bizim təhlükəsizliyimiz deməkdir”
“Rusiya Litva, Latviya və Estoniyaya qarşı “hibrid müharibə” aparır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok latviyalı həmkarı Baiba Braze ilə birgə mətbuat konfransında deyib.
“Biz indi şahidi oluruq ki, Baltik və Baltikyanı ölkələr Rusiyanın “hibrid müharibəsinin” mərkəzinə çevriliblər. Bir həftə keçmir ki, hava trafikinə yeni GPS müdaxiləsi, yeni dezinformasiya şəbəkəsinin üzə çıxması və ya sərhəd şamandıralarının qəfil yoxa çıxması barədə eşidirik”, – Berbok vurğulayıb.
Nazir əlavə edib ki, Almaniya və digər Qərb müttəfiqləri regionda öz varlıqlarını gücləndirəcək və müdafiəni gücləndirmək və Rusiyanı Baltikyanı regiondan kənarlaşdırmaq üçün bütün lazımi tədbirləri görəcəklər.
“Baltikyanı ölkələrin təhlükəsizliyi və nəhayət, Latviyanın təhlükəsizliyi bizim öz təhlükəsizliyimizdir. Rusiya ilə sərhəd təkcə Baltikyanı və ya Finlandiya sərhədi deyil, NATO və Aİ ölkələri üçün ümumi sərhəddir. Biz Alyansımızın hər kvadrat santimetrini qoruyacağıq”, - deyə nazir vurğulayıb.