Rektor jurnalistləri təltif edib

Cəmiyyət

23.07.2020 - 21:39

Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür

 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Azərbaycan mətbuatının 145 illik yubileyi münasibətilə bir qrup media qurumunu təltif edib.

 

AYNA-nın məlumatına görə, təltif edilənlər arasında Pressklub.az saytının müxbiri Ülviyyə Şahin də var.

 

Belə ki, Ülviyyə Şahin Milli Mətbuatın 145 illiyi münasibətilə və Azərbaycan Texniki Universitetinin fəaliyyətinin obyektiv işıqlandırılasındakı xidmətlərinə görə, “Fəxri Fərman”la təltif edilib.

Müəllif: Ayna.az