Onlar 6 metr məsafədən xəstəliyə yoluxdura bilirlər – <font color=red> XƏBƏRDARLIQ</font>

Cəmiyyət

26.12.2019 - 10:17

Həkimlər Klinikalar SEO Xidməti

Həkim: “Qripə yoluxan xəstələr 3 gün ərzində məktəbə, işə getməməlidirlər”

 

Payız-qış mövsümü gəldisə, qrip qapımıza dayanır. Hazırda da hər beş nəfərimizdən üçü bu virusdan əziyyət çəkir. Dava-dərman etməyimizə baxmayaraq, xəstəlik günlərlə canımızdan çıxmır.

 

Qrip virusu, onun geniş yayılma səbəbləri və qorunma yolları barədə AYNA-nın suallarını həkim-epidemioloq Nüsrət Kərimov cavablandırıb.

 

- Doktor, sanki bu il qripə yoluxanların sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bunun nə ilə izah etmək olar?

 

- Əvvəlki illərə nisbətən qripin çoxalmasının, daha geniş yayılmasının səbəbi orqanizmin immun sisteminin aşağı düşməsidir. C vitamini tərkibli qidalar qəbul edilmədiyi üçün qrip xəstəliyi kütləvi hala çevrilir. Qrip süzülən virusdur, orqanizm özü məhv edir. Orqanizmə antibiotiklər tərəfindən müdaxilə olunduqda qrip öz ştampını, formasını dəyişir. Həmin antibiotikə qarşı antitellər yaranır, ona uyğunlaşmalar verdiyinə görə orqanizmin məhvetmə qabiliyyətini zəiflədir.

 

Qrip xəstəliyi hava damcı üsulu ilə keçir. Orqanizm tərəfindən məhv olunur. Heç bir antibiotik, heç bir dərman preparatı kömək etmir. Qrip xəstəliyinin qarşısını almaq üçün orqanizmin immun gücünü artırmaq lazımdır. C tərkibli meyvə-tərəvəz qəbul etmək lazımdır.

Ülviyyə Şahin