Rəisinin andiçmə mərasiminin tarixi bəlli olub

Dünya

28.06.2021 - 14:17

Həkimlər Klinikalar SEO Xidməti

İranın yeni Prezidentinin andiçmə mərasimi avqustun 3-də keçiriləcək

 

Avqustun 3-də İranın yeni seçilmiş Prezident İbrahim Rəisinin andiçmə mərasimi keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, həmin tarixdə hazırkı Prezident Həsən Ruhanin səlahiyyət müddəti başa çatacaq.

 

Bundan sonra Rəisi vəzifəsinin icrasına başlayacaq.

 

Andiçmə mərasimində yerli və xarici qonaqlar iştirak edəcəklər. Mərasim parlamentdə keçiriləcək və koronavirus pandemiyası ilə əlaqədar əlavə tədbirlər görüləcək.

 

Qeyd edək ki, iyunun 18-də İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi qalib gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş