Rayonlararası sərnişindaşıma bərpa olunur? - <font color=red> RƏSMİ CAVAB</font>

Cəmiyyət

10.05.2020 - 14:11

Həkimlər Klinikalar SEO Xidməti

“Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”

 

Artıq icazə qadağasının götürüldüyü, kafe və restoranların açıldığı və gediş-gəlişə icazə verilən rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər.

 

AYNA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı söyləyib. TƏBİB sədri deyib ki, ölkədə elan edilən xüsusi karantin rejmindən mərhələli şəkildə çıxmaq lazımdır.

 

Onun sözlərinə görə, sarı zonada yerləşən rayonlar arası ictimai nəqliyyat və sərnişindaşımanın təşkili ola bilsin ki, önümüzdəki həftələrdə bərpa edilsin: “Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş