Kirayə evlər məsələsi ilin sonunadək həllini tapa bilər

Cəmiyyət

30.09.2019 - 11:36

Fond çalışır ki, müraciət başlayan zaman daha çox mənzil təklif etmək imkanı olsun

 

Kirayə evlərə müraciətin nə zaman başlanacağı İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) ən çox ünvanlanan suallardandır. “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanın imzalanmasından keçən müddətdə nə işlər görülüb və hansı evlər kirayə olaraq təklif olunacaq?

 

Prosesə məsul İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bu arada, demək olar, heç bir rəsmi açıqlama yayılmadığından, sadəcə monitorinqlər nəticəsində prosesin hansı mərhələdə olduğunu müəyyənləşdirmək mümkündür. Digər tərəfdən, bu layihəyə ictimai tələbin və marağın yüksək olduğunu nəzərə aldıqda Fondun “susqunluqunu” anlamaq çətindir. Halbuki Fond mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalı və görülən işlər ilə bağlı mətbuat ilə müntəzəm əməkdaşlıq etməlidir.

Vüqar Bayramov, deputat, iqtisadçı-ekspert