Rasim Quliyevin növbəti məhkəmə prosesinin vaxtı məlum olub

Xəbərlər

19.08.2021 - 15:47

Növbəti açıq məhkəmə prosesi 23 avqust, saat 11:30-da başlayacaq

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq aparat rəhbəri Rasim Quliyevin növbəti məhkəmə prosesinin vaxtı məlum olub. AYNA-nın məlumatına görə, prosesə hakim Faiq Qəniyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

 

Növbəti açıq məhkəmə prosesi 23 avqust, saat 11:30-da başlayacaq.

 

Qeyd edək ki, R.Quliyev AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

 

Xatırladaq ki, R.Quliyev ittihamları qəbul etmir. 

Müəllif: Ayna.az