49 yaşlı Rusiya vətəndaşı artıq nəzarətə götürülüb
Almaniyanın paytaxtı Berlində baş verən qətl hadisəsi Rusiya ilə münasibətləri gərginləşdirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Berlin şəhərindəki Tierqarten Park-da bir nəfər qətlə yetirilib.
Alman polisi tərəfindən aparılan araşdırmalardan sonra, qatilin Zəlimxan Xanqoşvili adlı gürcü mühacir olduğu məlum olub. Araşdırmlar nəticəsində o da məlum olub ki, Zəlimxan Xanqoşvili 2000-ci illərdə "İkinci Çeçen-Rus müharibəsi" zamanı Rusiyaya qarşı mübarizə aparıb və Gürcüstan kəşfiyyatının əsas agenti olub.
Quardian qəzetinin yazdığına görə, hələ o vaxt müharibədən dərhal sonra Xanqoşvili Gürcsütana qayıdıb və yerli Təhlükəsizlik Nazirliyinin antiterror bölməsində fəaliyyətə başlayb.
Qətl hadisəsindən sonra hadisə yerində olan iki gənc şahid qismində dindirilib. Onlar atəş açılandan sonra bir nəfərin "Qlok" markasından olan silah, velosiped və parik çaya atdığını söyləyiblər.
Yerli mənbələrin məlumatına görə polis cinayət hadisəsi ilə bağlı 49 yaşlı Rusiya vətəndaşını artıq nəzarətə götürüb.
Kremldən hadisə ilə bağlı açıqlama gecikməyib: "Əlbəttə ki, Rusiya hökumətinin bu hadisə ilə heç bir əlaqəsi yoxdur" - deyərək, onlara qarşı yönəlmiş iddilara sərt reaksiya verilib.