Muğla meşələrində şiddətli yanğın baş verib

Hadisə

04.09.2019 - 02:48

Yanğınsöndürənlər yanğının yerini tapa bilməyiblər

 

Türkiyənin Muğla şəhərində meşə yanğını baş verib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, meşə işçiləri yanğın yerini dəqiqləşdirə bilmədiyi üçün yanğın şiddətlənib.

 

Muğla Meşə Region Müdirliyi hadisəyə çox sayda helikopter, ovçular və meşə işçilərinin müdaxilə etdiyini bildirib.

 

Ərazidə yanğınsöndürmə işlərinin davam etdiyi vurğulanıb.

Müəllif: Ayna.az