"Biz şimal-qərb istiqamətimizi gücləndirəcəyik və təhlükəsizlik maraqlarımızı etibarlı şəkildə təmin edəcəyik”
“Rusiya NATO ilə mübarizə aparmaq üçün hərbi-texniki imkanlara malikdir”. AYNA xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko “Rossiya 24” telekanalının efirində deyib.
"Biz şimal-qərb istiqamətimizi gücləndirəcəyik və təhlükəsizlik maraqlarımızı etibarlı şəkildə təmin edəcəyik. NATO-nu ölkəmizlə bağlı hər hansı təhlükəli planlardan çəkindirmək üçün həm hərbi-texniki, həm də digər imkanlarımız var", - deyə Qruşko vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirəsində Rusiyaya nüvə zərbəsi endirmək üçün NATO-nun təlimlər keçirdiyini bildirib.