Güclü külək yanğının yayılmasına səbəb olub
Gürcüstanın Şida Kartli bölgəsində baş verən genişmiqyaslı meşə yanğınlarının qarşısını almaq mümkün olmadığından, bölgəyə DİN-nin sərhəd polisinin iki helikopteri cəlb olunub.
AYNA xarici mətbuata istinadən verdiyi xəbərə görə, Gürcüstanın fövqəladə hallar xidməti bildirib ki, hazırda yanğının lokallaşdırılması üçün ölkənin 4 bölgəsində-Şida Kartli, Samçx-Cavaxeti, Mçxeta-Mtianeti və Kaxetiyada Fövqəladə Hallar Xidmətinin rəhbəri Temur Mqebrişvilinin başçılığı altında 200-dən çox yanğın mühafizəçisi çalışır.
Məlumatda bildirilir ki, Sameqrelo-Zemo Svaneti bölgəsində 4 hektarlıq xurma və qoz ağacları olan plantasiya yanıb məhv olub.
Kəndlilərin sözlərinə görə, yanğın meşənin qurumuş kiçik ağac tayasından başlayıb, güclü külək yanğının yayılmasına səbəb olub.