Qonşu ölkələrdəki zəlzələlər Azərbaycanda təkrarlana bilərmi?

Xəbərlər

15.06.2020 - 18:47

cedabet dərman SEO Xidməti

Vüsalə Rafiqqızı: “Hər gün stansiyalarımız tərəfindən onlarla zəif təkanlar qeydə alınır”

 

“Respublikamızın yerləşdiyi regionda və cənub qonşumuz İranın, eləcə də qardaş Türkiyənin ərazilərində seysmik aktiv bölgələr var. Cənubi Qafqaz regionu da seysmik aktiv bölgədə yerləşir. Zəlzələ ocaqları qırılma xətləri boyunca yerləşdiyindən litosferin dərin qatlarında gedən proseslərin nəticəsi olaraq həmin ocaqlarda enerji boşalmaları gedir, zəlzələlər baş verir. Bu proses demək olar ki, davamlı gedir və hər gün stansiyalarımız tərəfindən onlarla zəif təkanlar qeydə alınır”.

 

AYNA xəbər verir ki, bu sözləri Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı qonşu Türkiyə və İranda baş verən zəlzələlərin ölkəmizə təsirlərindən danışarkən deyib. Rafiqqızı bildirib ki, dəfələrlə deyildiyi kimi, respublikamızın ərazisinin Türkiyə və İrandakı seysmik zonalarla hər hansı əlaqəsi olmadığından qonşu ölkələrdəki zəlzələlərin Azərbaycana təsiri yoxdur.

 

“Son günlər Gədəbəy, o cümlədən Samuxda qeydə alınan təkanlara gəlincə, bir daha bildirmək istəyirəm ki, ölkəmizin ərazisi seysmik bölgədə olduğundan, burada hiss edilən və edilməyən zəlzələlər baş verə bilər. Hər iki zəlzələ hiss edilməyən idi. Biz beynəlxalq razılaşmaya əsasən maqnitudası 3 və ondan yuxarı olan zəlzələlər barədə məlumatları müntəzəm olaraq ictimaiyyətə açıqlayırıq. Odur ki, hər iki zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur. Zəlzələ təbii və dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Onun olub-olmayacağına dair əvvəlcədən birmənalı fikir söyləmək mümkün deyil”, - deyə şöbə müdiri vurğulayıb.

 

Qeyd edək ki, iyunun 13-də Gədəbəydə maqnitudası 3,3, iyunun 15-də isə Samuxda maqnitudası 3 olan yeraltı təkanlar qeydə alınıb. Hər iki zəlzələ hiss olunmayıb. Onu da bildirək ki, dünən qardaş Türkiyənin Bingöl rayonu ərazisində 5.8 bal gücündə zəlzələ baş verib. Bu gün gecə İranda da zəlzələ qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş