Gürcüstanda 2 min 316 nəfər yeni yoluxma qeydə alınıb
Gürcüstanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir. AYNA xəbər verir ki, qonşu ölkədə son sutka ərzində 2 min 316 nəfər virusa yoluxub. Bununla yanaşı, 383 nəfər sağalıb, 18 xəstə isə vəfat edib.
Gürcü mediası yazır ki, hazırkı dövrədək ölkədə COVID-19-a yoluxanların ümumi sayı 232 min 79 nəfərə çatıb. Onların 222 min 787-si sağalıb, 2 min 646-sı isə ölüb.