Qonşu ölkədə internet problemi: Gürcüstanın hər yerində internet söndü

Dünya

24.08.2023 - 16:13

cedabet dərman SEO Xidməti

“ISP Silknet bütün istifadəçilərinə xidmətlərin mərhələli şəkildə bərpa edəcəyinə vəd verib

Gürcüstanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan “Silknet”in istifadəçiləri bütün ölkə üzrə internetə çıxışla bağlı problemlər yaşayıblar. Bu barədə AYNA gürcü mediasına istinadən xəbər verir.

Paytaxt Tiflisdə “Silknet” istifadəçiləri üçün internet bir neçə dəqiqə sönüb, təxminən 15-20 dəqiqədən sonar bərpa olunsa da, sürət çox zəif olub.

“Məhdudiyyətlər Gürcüstan miqyasında idi. Bu vaxta qədər səhv aradan qaldırıldı. Xidmət mərhələli şəkildə bərpa olunacaq”, - “Silknet” sosial şəbəkədə yazılı cavabda bildirib.

Silknet 2009-cu ildə üç şirkət – “United Telecom” ASC, “Adjara Telecom” MMC və “Vaneksi” MMC tərəfindən təsis edilib. 2014-cü ildə “Silknet WiMax Georgia” (sabit simsiz genişzolaqlı) və 2015-ci ildə “Vtel Georgia” (sabit simsiz genişzolaqlı) əldə edib.

2018-ci ildə “Silknet” Gürcüstanın ən böyük mobil operatorlarından biri olan “Geocell”i alıb.

2023-cü ilin yanvar ayına “Silknet”in 1,8 milyona yaxın mobil şəbəkə, 169,1 min stasionar şəbəkə abunəçisi, 320 min istifadəçinin genişzolaqlı internetə çıxışı var. 253,7 min abunəçi isə “Silknet” İnternet TV-dən istifadə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş