“Qohumum intihar etmək istəyir” - Məleykə Abbaszadəyə <font color=red> MÜRACİƏT</font>

Cəmiyyət

10.08.2020 - 20:25

Həkimlər Klinikalar SEO Xidməti

Nicat Həşimzadə: “Axı, siz niyə belə ədalətsiz qərar verərək, onsuz da bu cür ağır vəziyyətdə olan ailələrə daha böyük zərbələr vurursunuz?”

 

Yazar Nicat Həşimzadə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə müraciət ünvanlayıb. AYNA xəbər verir ki, yazar müraciətində deyir:  

 

“Hörmətli Məleykə xanım, bir neçə dəqiqə öncə Dövlət İmtahan Mərkəzinə zəng etdim, mənə bildirdilər ki, virusa yoluxan abituriyentlər üçün təkrar imtahan keçirilməyəcək. Axı, bu qərar virusa yoluxan gənci daha da ölümə sürükləməkdir. Axı, siz özünüz də mətbuat konfransında dəfələrlə demisiniz ki, Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir. Ancaq indi belə məlum olur ki, siz belə ədalətsiz qərarla virusa yoluxan gəncləri daha da ağır depressiv hallara salaraq ölümə sürükləyirsiz. Budurmu, Azərbaycan gəncliyinə göstərilən qayğı?”.

525-ci Qəzet - Mükəmməllik dərdi, həyəcanlarımız və ölüm - Nicat ...

Həşimzadə davam edərək bildirir ki, onun yaxın qohumunun bütün ailəsi xəstəliyə yoluxub: “Atası 40 gün ərzində Rusiyada iki dəfə ağır ürək əməliyyatı keçirib. Anasının bir gözü görmür, əlildir. Axı, siz niyə belə ədalətsiz qərar verərək, onsuz da bu cür ağır vəziyyətdə olan ailələrə daha böyük zərbələr vurursunuz? Onu da nəzərinizə çatdırım ki, təkrar imtahan olmayacağını eşidən qohumum intihar etmək istəyir. Siz məndən də yaxşı bilirsiniz ki, belə məqamlarda virusa yoluxan adamlara psixoloji dəstək olmaq lazımdır”.

 

“Yaxın qohumum dəfələrlə tarix və coğrafiya fənləri üzrə məktəblər arasında keçirilən olimpiadalarda yüksək yerlər tutub. İndi bu uşaq virusa yoluxub deyə imtahanda iştirak edə bilmir və siz də təkrar qəbul imtahanı təşkil etmək istəmirsiniz. İndi belə məlum olur ki, bu uşaq imtahan vermədən hərbi xidmətə getməlidir. İnanıram ki, bu müraciətimə gözlənilən uğurlu cavabı verəcəksiniz. Əgər gözlədiyim cavab qısa zaman ərzində verilməsə, ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət yazacam. Xahiş edirəm, bu məsələni sağlam qaydada həll edəsiniz”, - deyə yazar sonda vurğulayıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş