Qlobal istiləşməyə qarşı alimlərdən yeni təklif

Dünya

29.11.2020 - 07:36

Alimləri Günəş işığını zəiflətmək üçün atmosferə kiçik hissəciklər göndərməyi planlaşdırırlar

 

Cənubi Afrika alimləri Günəş işığını zəiflətmək üçün atmosferə kiçik hissəciklər göndərməyi planlaşdırırlar. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın diqqəti COVID-19 pandemiyasına yönəldiyi və bu haqda müzakirələr getdiyi bu günlərdə qlobal istiləşmə nəzərdən qaçan təhlükədir. 

 

Mütəxəssislər suya olan tələbatın 2050-ci ilə qədər 55 faiz artacağını gözləyirlər. Britaniyanın “Independent” qəzetinin xəbərinə görə, bu ehtimala qarşı hərəkətə keçən Cənubi Afrikalı elm adamları çox maraqlı bir layihə üzərində işləyirlər. 


Eyni hesabata görə, "Cape Town" Universitetinin alimləri Günəş işığını zəiflətmək üçün atmosferə kiçik hissəciklər göndərməyi planlaşdırırlar. “Cape Town”un planına görə atmosferə çox miqdarda kükürd dioksid qazının atılmalı və bununla da Günəşi daimi olaraq qaraltmağa nail olmaq olar. Beləliklə, hədəfə görə bundan sonra dünyanın su ehtiyatlarını qorumaq mümkün olacaq. 


Qeyd edək ki, “Ekoloji Tədqiqat Məktubları” akademik jurnalında bu barədə xəbər dərc edilib. Ancaq bu layihənin baş tutmayacağını vurğulayan alimlərin sayı da az deyil. Bir çox alim qlobal istiləşmənin təsirlərini azaltmaq üçün atmosferə qaz vurmaq fikrinə qarşı çıxır. Bu fikrin müdafiəçiləri planı "iqlim sisteminə zərər verə biləcək təhlükəli müdaxilə" kimi xarakterizə edirlər.

Müəllif: Ayna.az