Yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişib
Çinin Quandun əyalətində Quançjou şəhər sakini olan qız oğlana yumruq zərbəsi endirib. Zərbənin təsirindən oğlan xəstəxanaya düşüb. Bu barədə oxu.az “Asia One” agentliyinə istinadən xəbər verib.
27 yaşlı May sinəsində ağrılar və nəfəs almada yaranan problemlə əlaqədar həkimlərə müraciət edib. O bildirib ki, problem bir gün əvvəl qızın zarafatyana onun qarnından vurmasından sonra başlayıb. Oğlan bir az istirahətdən sonra düzələcəyinə ümid edirmiş, ancaq ağrı getdikcə artıb.
Müayinədən sonra gəncdə anadangəlmə qüsur - diafraqmatik yırtıq aşkar edilib. Məlum olub ki, yumruqdan sonra Mayın bəzi orqanları qarın boşluğundan sinəsinə keçib. Onları yerlərinə qaytarmaq və diafraqmanın bütövlüyünü bərpa etmək üçün cərrahi əməliyyat lazım olub.