Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Dünya

10.01.2021 - 13:51

Həkimlər Klinikalar SEO Xidməti

Prezident kürsüsü uğrunda 17 namizəd mübarizə aparır

 

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir. AYNA xarici mediaya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, respublikada 3 milyon 563 mindən çox seçici qeydə alınıb. Prezident kürsüsü uğrunda 17 namizəd mübarizə aparır.

 

Prezident seçkiləri ilə eyni vaxtda referendum da keçirilir. Vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə sualı cavablandıracaqlar.

 

Qeyd edək ki, əvvəlki dövlət başçısı Sooronbay Jeenbekov 2020-ci il oktyabrın 15-də, on günə yaxın davam edən etiraz aksiyaları və kütləvi iğtişaşlardan sonra istefa verib. Habelə Baş nazir Kubatbek Boronov və parlamentin sədri Dastanbek Cumabekov da vəzifədən gediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş