Qırğızıstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən şəxslər saxlanılıb

Dünya

06.06.2023 - 08:42

Cəhdin əsas təşkilatçısı Eldik Keneş siyasi partiyasının sədridir

Qırğızıstanın xüsusi xidmət orqanları dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb.

AYNA xəbər verir ki, bir ildir ki, cinayətkar qruplaşma ölkə boyu öz tərəfdarlarını və narazı vətəndaşları toplayırmış.

Cəhdin əsas təşkilatçısı Eldik Keneş siyasi partiyasının sədridir. Qrupun maliyyəsi xaricdən gəlməli idi. Mütəşəkkil dəstəyə ölkənin müxtəlif bölgələrindən 100-dən çox insan cəlb edilib.

 

 

Müəllif: Ayna.az