Qırğızıstan Prezidenti istefa verdi: “Hakimiyyəti əlimdə saxlamıram”

Dünya

15.10.2020 - 12:35

Sooronbay Jeenbekov: “Ölkə tarixində qan tökən və öz vətəndaşlarına atəş açan bir Prezident kimi qalmaq istəmirəm”

 

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov istefa qərar verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, yeni hökumətin təyin edilməsi cəmiyyətdəki gərginliyi aradan qaldırmadı, ölkədə etirazlar səngimədi və Prezidentin dərhal istefası tələb olundu.

 

“Mən hakimiyyəti əlimdə saxlamıram. Ölkə tarixində qan tökən və öz vətəndaşlarına atəş açan bir Prezident kimi qalmaq istəmirəm”, - deyə Jeenbekov açıqlamasında qeyd edib.

 

Dövlət başçısı müxalif siyasətçiləri tərəfdarlarını küçələrdən yığışdırmağa səsləyib: “Heç bir güc ölkəmizin bütövlüyünə və cəmiyyətdəki harmoniyaya zərər verməməlidir”.

 

Xatırladaq ki, oktyabrın 4-də Qırğızıstan parlamentinə keçirilən seçkilərin nəticələri ilə barışmayan müxalif siyasi partiyaların rəhbərləri və üzvləri 10 gündür Bişkekin mərkəzindəki Ala-Too meydanında kütləvi mitinqlər təşkil edirlər. Etirazçıların tələbi ilə yeni seçilmiş parlament buraxıldı. Bununla yanaşı, Qırğızıstan Prezidenti Baş Nazirin səlahiyyətlərini icra edən Kubatbek Boronov başda olmaqla, hökumətin bütün üzvlərini istefaya göndərdi. Amma etirazlar davam edirdi. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş