Qırğızıstan MSK-sından qərar: Seçkinin nəticələrini etibarsız sayılıb

Dünya

06.10.2020 - 13:35

Həkimlər Klinikalar SEO Xidməti

“MSK 12 səslə səsvermənin nəticələrini etibarsız saymağa qərar verib”

 

Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səsvermənin nəticələrini etibarsız sayıb. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə MSK üzvü Gülnara Curabayeva özünün “Facebook” səhifəsində yazıb.

 

“MSK 12 səslə səsvermənin nəticələrini etibarsız saymağa qərar verib”, - o, qeyd edib.

 

Qeyd edək ki, Qırğızıstanda oktyabrın 5-dən etibarən etiraz aksiyaları başlayıb. Paytaxtın “Ala-Too” mərkəzi meydanına təxminən 2 min adam toplanaraq parlament seçkilərinin nəticələrinin ləğv edilməsini və təkrar səsvermənin keçirilməsini tələb ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş