Bu addım xarici vətəndaşların anklavı tərk edə bilməsi üçün atılıb
Qəzza zolağının cənubunda 5 saatlıq atəşkəs elan edilib. Bu barədə AYNA “Al Arabiya” telekanalına istinadən bildirir.
Qeyd olunub ki, bu addım xarici vətəndaşların anklavı tərk edə bilməsi üçün atılıb.
Bundan əlavə, beş saat ərzində Qəzzaya humanitar yardım göndərilməlidir.
Onu da bildirək ki, İsrail Qəzza zolağının cənubunda su təchizatının bərpası barədə ABŞ-a məlumat verib.
BMT Qəzza zolağında qəbuledilməz humanitar vəziyyət elan edib. Təşkilat vurğulayıb ki, orada ərzaq tükənir, su, yanacaq və elektrik yoxdur.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits əsirlərin azad edilməsinə, Qəzza zolağının blokadadan çıxarılmasına, humanitar yardımların keçirilməsinə, həmçinin anklavda mülki əhalinin və mülki infrastrukturun qorunmasına çağırıb.