Qəzzadakı xəstəxanaya raket hücumu edilib: 800-ə yaxın insan həlak olub

Dünya

18.10.2023 - 10:34

cedabet dərman SEO Xidməti

Qurbanların əksəriyyəti qadın və uşaqlardır

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən Əl-Əhli Əl-Maadani xəstəxanasına hücum edib. AYNA ərəb mediasına istinadən bildirir ki, xəstəxanada təkcə xəstələr deyil, sığınacaq axtaran insanlar da olub.

İlkin məlumatlara görə, hücumda 800-ə yaxın insan həlak olub. Güclü raket təkcə xəstəxanaya deyil, qonşu binalara da ziyan vurub.

Fələstin rəhbərliyi təcili toplantı keçirib.

İsrail Hərbi Hava Qüvvələri Fələstin hədəflərinə hücumları davam etdirir.

HƏMAS rəsmiləri xəstəxanaya raket hücumunun insanlığa qarşı cinayət olduğunu bildirib.

Qəzza zolağının səhiyyə nazirliyinin məlumatına görə, qurbanların əksəriyyəti qadın və uşaqlardır.

HƏMAS xəstəxanaya hücumun qəsdən edildiyinə inanır və İsrail hakimiyyətini soyqırımda ittiham edir. Hərbi hərəkat ərəb və islam ölkələrinə, eləcə də bütün dünya ictimaiyyətinə müraciət edərək, onlardan dərhal müdaxilə etməyi və İsrailin təcavüzünü dayandırmağı tələb edib.

HƏMAS qeyd edib ki, ərəb və islam dövlətləri İsrail təcavüzünə müqavimət göstərmək üçün birləşməlidirlər.

Öz növbəsində, İsrail hakimiyyəti raket partlayışının Fələstin bölgəsindən uğursuz raket buraxılışının nəticəsi olduğunu göstərib.

Fələstində ölənlər üçün matəm elan edilib.

Fələstin hakimiyyəti bütün beynəlxalq təşkilatlara və dünya hökumətlərinə müraciət edərək xalqın xilası üçün kömək istəyib.

Fələstinlilər İsrailin soyqırım siyasəti yürütdüyünə inanırlar. Artıq bir sıra dövlətlər BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş