Qəzzada ölənlərin sayı 9 mini ötüb

Dünya

02.11.2023 - 18:24

cedabet dərman SEO Xidməti

Səhiyyə Nazirliyi Qəzza zolağında 9061 nəfərin öldüyünü açıqlayıb

Qəzza zolağında ölənlərin sayı 9061 nəfərə çatıb, 32 mindən çox insan yaralanıb. AYNA “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qurbanların sayı 9061-ə yüksəlib, onlardan 3760-ı uşaq, 2326-sı qadındır. Yaralıların sayı isə 32 min nəfərə çatıb”, - nazirlikdən bildirilib.

Qeyd olunub ki, dağıntılar altında itkin düşənlər barədə Səhiyyə Nazirliyinə 2060 məlumat daxil olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş