Qəzzada ölənlərin sayı 14 mini keçib

Dünya

22.11.2023 - 22:58

cedabet dərman SEO Xidməti

Qurbanlar arasında 6 minə yaxın uşaq var

Oktyabrın 7-dən bəri Qəzza zolağında ölən fələstinlilərin sayı 14 min 532 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qurbanlar arasında 6 minə yaxın uşaq, 4 minə yaxın isə qadın var.

Azı 7 min insan hələ də itkin düşmüş hesab edilir ki, onlardan 4 700-ə yaxını qadın və uşaqlardır.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş