Qəzzada ölən fələstinlilərin sayı 38 minə çatır

Dünya

22.06.2024 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkənlərin sayının 85 911 nəfər olduğu bildirilir

Qəzza zolağında hərbi əməliyyatlara başlayandan bəri həlak olan fələstinlilərin sayı 37 551 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərin sayı 85 911 nəfərdir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş