“Vəziyyət bombardman nəticəsində zolağın bitki örtüyünün 90%-nin məhv olması ilə daha da ağırlaşır”
Qəzza zolağında ekoloji vəziyyət fəlakətli səviyyəyə çatır və epidemiya riski yüksəkdir. AYNA.AZ xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalına anklavın cənub hissəsində yerləşən Xan Yunis şəhərinin meri bildirib.
“Xəstəliklərin və epidemiyaların yayılmasına səbəb olacaq əsl fəlakətlə üzləşirik", qeyd edib və deyib ki, hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında dağıntıların miqyası çox böyükdür: “Tullantılara və zibil yığınlarına çıxış çətinləşir və onların vaxtında çıxarılması qeyri-mümkündür. Vəziyyət bombardman nəticəsində zolağın bitki örtüyünün 90%-nin məhv olması ilə daha da ağırlaşır”.
7 noyabrda BMT İnkişaf Proqramının (BMTİP) Qəzzadakı ofisinin rəhbəri Alessandro Mrakiç “Reuters”ə bildirib ki, anklav tonlarla zibillə doludur və antisanitariya şəraiti yerli əhali üçün ciddi sağlamlıq təhlükəsi yaradır.