İsrail qəzzalılara ailələri ilə əlaqə saxlamaq imkanı verib
İsrail hakimiyyəti tərəfindən bağlanan internet Qəzza zolağında işə başlayıb. AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Qeyd olunub ki, Məcid Abusalam Qəzzada anası ilə əlaqə saxlaya bilib.
“Hər kəsə deyin ki, əlaqə zəifdir, amma var. İndi hər kəs öz ailə üzvləri ilə əlaqə saxlaya bilər”, - deyə Abusalam qeyd edib.
Eyni zamanda “Əl-Cəzirə”nin jurnalisti reportajında vurğulayıb ki, internet verilməsinin nə qədər davam edəcəyi məlum deyil.
Bundan əvvəl Fələstinin rabitə və informasiya texnologiyaları naziri İshaq Sədr bildirib ki, İsrail Qəzza zolağında yardım göstərmək üçün zəruri olan mobil rabitə və interneti bərpa etməkdən imtina edib.