“Qəhrəmanlara şöhrət!”

Dünya

07.03.2023 - 22:14

cedabet dərman SEO Xidməti

Ödədiyimiz qiyməti heç vaxt unutmamalıyıq

Hər bir ukraynalı əgər yayılan dəhşətli videonu hələ görməyibsə və ya baş verənlərin təsvirini oxumayıbsa və ya bu barədə xəbərləri eşitməyibsə, tezliklə görəcək, oxuyacaq və eşidəcək.

Videokadrda bunlar görünür: ukraynalı döyüşçü əsir düşəndən sonra da ləyaqətini itirmir. O, silahsızdır, siqaretini bitirir və sakitcə düşmənlə üz-üzə dayanaraq deyir: “Ukraynaya şöhrət!”.

Sonra - döyüşçü artıq yıxılanda belə silahın səsi susmur... və qatilin ekrandan kənar səsi gəlir - "Öl, əclaf!". Bunu deyən rus əsgəridir, zabitidir...

Ruslar özləri cinayətlərinin sübutunu video ilə yayırlar... Müharibənin hələ də öz qanunları var və bu video onların alçaqlığını, rəzilliyini nümayiş etdirir. Cəbhədə ciddi üstünlük qazanmayan Rusiya bizim emosiyalarımıza təsir etməyə çalışırlar. Bu video ilə sanki bizə göstərirlər və deyirlər: “bax, sizi Ukraynanı sevdiyinizə görə, danışığınıza görə, mərd olduğunuza görə öldürəcəyik, silahsız da olsanız güllələyəcəyik, əsirlikdə işgəncə verəcəyik, bizdən qorxun”.

Amma deyəsən, ukraynalılar bunu artıq çoxdan görüblər, eşidiblər, hiss ediblər... keçən bir ildə də, keçən doqquz ildə də, keçən yüz ildə də. Yaddaşlarının arxasında şüuraltı bir şey var: onlar bizdən qorxurlar. Bizdən qorxurlar və buna görə bizə nifrət edirlər. Bütün varlıqları ilə nifrət edirlər. Və silahsızları öldürürlər. Çünki bizim onları silahsız da məğlub edəcəyimizi bilirlər.

Bu videoya baxmaq mümkünsüzdür, ürəkağrıdıcıdır. Onun haqqında yazmaq çox çətindir. Amma əminəm ki, bu kiçik - müharibə miqyasında kiçik - epizod Rusiya diktatorunun, Kremlin, Rusiya Federasiyasının və onun bütün əhalisinin, o cümlədən "yaxşıların" tabutunda ən son mismar olmalıdır. Və hər dəfə Nyu-Yorkda və ya Davosda hər şeydə günahkar olan Putin və sanksiyalardan əziyyət çəkməməli olan “günahsız ruslar” haqqında “fəryadı” eşidəndə bu videonu “Bunu Putin edib?” sualı ilə göstərmək lazımdır. Xeyr, Putin etmədi. Bunu adi rus əsgər və zabitləri edirdilər. Hansı ki, bir il bundan qabaq əsir düşən rus deyirdi: "Bizi zorla harasa apardılar, sonra da gülləbaran səsi eşitdik və əsir düşdük. Ukraynada olduğumuzu ancaq burada bildik". Yəni həmin yalvaran rus əsgərinin bir başqasıdır ukraynalı silahsız əsgəri qətl edən.

Ona görə də bu videonu Vaşinqtonda, Londonda, Brüsseldə, Berlində, Parisdə, Pekində və s. hər kəs görməlidir. Hamı başa düşməlidir ki, şər təkcə Kremldə deyil. Kreml yalnız rus xalqının bir uzantısıdır. Hər kəs Putinin sağlam düşüncəyə qayıtması üçün boş cəhdləri dayandırmalıdır. Sadəcə Rusiyanın nüvəsizləşdirilməsi strategiyası üzərində işlənilməlidir...

Və nəhayət, ukraynalı döyüşçünün videosuna Birləşmiş Millətlər Təşkilatında, Beynəlxalq Qızıl Xaç Komitəsində, ATƏT-də, “Amnesty İnternational”da, “Human Rights Watch”da və digər irili-xırdalı bütün humanitar təşkilatlarda baxılmalıdır: onlar düşünməlidirlər, bu cinayətlərin qarşısını almaq üçün kifayət qədər iş görüblərmi? Rusiya Federasiyasının bu təşkilatlara üzv olmasına həqiqətən dəyərmi? Yoxsa bütün Rusiya cinayətlərindən sonra bu təşkilatların hamısını cinayətə ortaq adlandırmaq lazımdır?

Qəhrəmanlar ölür. Əgər bizlərdən biri 2014-cü ildən bu yana bunu tam dərk etməmişdisə, deməli, bir ildən artıqdır ki, bunu tam şəkildə hiss etməlidir.

Qəhrəmanlar ölür – “Qəhrəmanlara şöhrət! “Qəhrəmanların ailələrinə şöhrət!”.

Ödədiyimiz qiyməti heç vaxt unutmamalıyıq.

Müəllif: Tatyana Urbanskaya

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş