Qəbələ sakininin döyülməsi faktı araşdırılır

Xəbərlər

22.08.2021 - 17:19

Hazırda müraciət əsasında araşdırma aparılır

 

Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, R.Muradovun döyülməsi ilə bağlı polis şöbəsinə özü, yaxud yaxınları tərəfindən hər hansısa bir şikayət xarakterli müraciət daxil olmayıb.

 

Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib. Hazırda həmin müraciət əsasında araşdırma aparılır.

Müəllif: Ayna.az