Qazaxstan sərt karantin rejimindən çıxır

Dünya

31.08.2020 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Metronun, şəhərlərarası və şəhərətrafı avtobusların fəaliyyəti bərpa ediləcək

 

Qazaxıstan hökuməti koronavirus epidemiyası səbəbiylə tətbiq olunan sərt karantin məhdudiyyətlərini aradan qaldıracaq. AYNA “Tengrinews.kz”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş epidemioloqu Ayjan Esmaqambetova bildirib.

 

Qeyd edib ki, metronun, şəhərətrafı qatarların hərəkəti, şəhərlərarası və şəhərətrafı avtobusların fəaliyyəti bərpa ediləcək.

 

“Sanitar qaydalara əməl olunarsa, mədəniyyət müəssisələri, idman mərkəzləri və üzgüçülük hovuzları da fəaliyyətə başlaya bilər. Həmçinin dini ibadət məkanları işə başlaya bilərlər”, - deyə Esmaqambetova vurğulayıb.

 

Qeyd edək ki, iyulun 29-da Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev sərt karantin məhdudiyyətlərinin uzadılması qərarını verib. Qərar, pisləşən epidemioloji vəziyyətə uyğun verilib

 

Xatırladaq ki, koronavirus pandemiyası dövründə Qazaxıstanda yüz mindən çox insan virusa yoluxub, 1523 xəstə ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş