Qazaxıstanın Baş naziri Tokayevə təyyarə qəzası ilə bağlı məruzə edib

Xəbərlər

25.12.2024 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

Prezident zərərçəkmiş vətəndaşlarla işin xüsusi nəzarətdə saxlanması və qonşu dövlətlərin hökumətlərinə lazımi köməklik göstərilməsi barədə tapşırıq verib

Qazaxıstanın Baş naziri Oljas Bektenov Prezident Qasım-Jomart Tokayevə Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. AYNA qazax mediasına istinadən bildirir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

“Dövlətimizin başçısına “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Aktau hava limanı ərazisində qəzaya uğramasının səbəblərinin araşdırılması və zərərçəkənlərə yardım göstərilməsi üçün Hökumət Komissiyası tərəfindən görülən işlər barədə məlumat verildi. Hadisə yerində zərərçəkənlərə hərtərəfli dəstək verilməsi üçün tədbirlər görülüb. 430-dan çox canlı qüvvə və 80-ə yaxın texnika hadisə yerinə cəlb edilib. 29 nəfər xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə lazımi tibbi, psixoloji və digər yardımlar göstərilir. Fövqəladə xilasetmə işləri davam edir. Azərbaycan hökuməti ilə birlikdə əcnəbi vətəndaşlara və həlak olan sərnişinlərin ailələrinə lazımi köməklik göstərilir. Prezident zərərçəkmiş vətəndaşlarla işin xüsusi nəzarətdə saxlanması və qonşu dövlətlərin hökumətlərinə lazımi köməklik göstərilməsi barədə göstəriş verib”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş