Qazaxıstanın Bakıdakı səfirliyində xatirə kitabı açılacaq

Xəbərlər

26.12.2024 - 09:58

Həkimlər Klinikalar SEO Xidməti

Saat 11:00-dan 17:00-a qədər səfirliyin binasında xatirə kitabı açılacaq

Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar saat 11:00-dan 17:00-a qədər adıçəkilən ölkənin Bakıdakı səfirliyinin Nəcəfqulu Rəfiyev küçəsi 14 ünvanında yerləşən binasında xatirə kitabı açılacaq. AYNA xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş