Qazaxıstanda qəza ilə bağlı yaradılmış hökumət komissiyasının iclası keçirilib

Xəbərlər

26.12.2024 - 01:12

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazirin müavini istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı göstəriş verib

Qazaxıstanda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar yaradılmış hökumət komissiyasının iclası keçirilib. AYNA xəbər verir ki, bu barədə APA-ya Qazaxıstanın Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, toplantıda Baş nazirin müavini Kanat Bozumbayev fövqəladə hallar, daxili işlər və səhiyyə nazirlərinin, eləcə də Mülki Aviasiya Komitəsi rəhbərinin məruzələrini dinləyib.

Baş nazirin müavini istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı göstəriş verib.

Bozumbayev əlavə edib ki, fövqəladə vəziyyətin aradan qaldırılması üçün bütün tədbirlər görüləcək: "Onu da bildirmək istəyirəm ki, həm həlak olan Qazaxıstan, həm də digər ölkələrin vətəndaşlarının ailələrinə zəruri maddi yardım göstərilməsi təmin olunacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş