Qazaxıstanda daşqınlar səbəbindən 100 minə yaxın insan təxliyə edilib

Dünya

10.04.2024 - 17:39

Beş rayonunda 3400 yaşayış binası və 336 həyətyanı sahə su altında qalır

Daşqınlar başlayandan Qazaxıstanda 96,5 min nəfər təxliyə edilib. AYNA xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi (FHNİ) məlumat yayıb.

Bildirilib ki, təxliyə edilənlərin 31 mindən çoxu uşaqdır.

“Daşqınların qarşısını almaq üçün Akmola vilayətinin Korqajin, Atbasar, Həştərxan, Sandıktau, Bulandin rayonlarında işlər aparılıb. Zərər çəkmiş rayonlara 167,9 min kiloqram humanitar yardım çatdırılıb”, - Qazaxıstan FHN-dən qeyd olunub.

Xat    ırladaq ki, Qazaxıstanın beş rayonunda 3400 yaşayış binası və 336 həyətyanı sahə su altında qalır. Yerli hakimiyyət orqanları nəqliyyat əlaqəsi olmayan 69 yaşayış məntəqəsinə nəzarət edir.

Daşqınlarla əlaqədar Qazaxıstan hakimiyyəti ölkənin on rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edib. Prezident Kasım-Jomart Tokayev təbii fəlakəti miqyasına və nəticələrinə görə son “80 ilin ən böyük fəlakəti” adlandırıb.

Müəllif: Ayna.az