Qazaxıstanda baş verən yanğında 4 uşaq ölüb

Dünya

24.02.2024 - 13:17

cedabet dərman SEO Xidməti

Hadisə baş verən zamanı uşaqlar evdə tək olub

Qazaxıstanın Karaqanda vilayətinin Taldı kəndində yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb.

AYNA “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə departamenti məlumat yayıb.

“Yanğın nəticəsində 4 uşaq ölüb. Hadisə baş verən zamanı uşaqlar evdə tək olub”, - o bildirib.

Qeyd edilib ki, yerli hakimiyyət orqanları və əhali ailəyə lazımi köməklik göstərir. Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş