Sərhədin bütün perimetri boyunca 46 buraxılış məntəqəsi yenidən qurulacaq
Qazaxıstan Rusiya ilə sərhəddə 20 yeni sərhəd zastavasının tikintisinə başlayıb. AYNA qazax mediasına istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sərhəd Mühafizə Şöbəsinin rəis müavini Serik Axmetkaliyev deyib.
““Təhlükəsiz ölkə” milli layihəsi çərçivəsində 50 sərhəd zastava kompleksinin tikintisi nəzərdə tutulur”, - deyən Axmetkaliyev ölkənin cənub sərhədlərində də üç modul tipli zastavanın tikildiyini diqqətə xatırladıb.
Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin rəis müavini Qəni Ağadilov da bildirib ki, yaxın iki ildə Qazaxıstan sərhədin bütün perimetri boyunca 46 buraxılış məntəqəsini yenidən quracaq: “Bu, keçid məntəqələrində hərəkət zolaqlarının genişləndirilməsi, sərhədçilərin xidməti, insanların və nəqliyyat vasitələrinin rahat keçməsi üçün yeni bina və tikililər inşa olunacaq”.