Qazaxda V-30 partladıcısı aşkarlanıb

Xəbərlər

15.08.2020 - 21:49

cedabet dərman SEO Xidməti

Partladıcı götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb

 

Avqust 15-də saat 11:40-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Quşçu Ayrım kəndində bir ədəd top mərmisinin döyüş başlığının tapılması barədə məlumat daxil olub. ANAMA-dan AYNA-ya verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları ərazidə otlaq sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd boş V-30 partladıcısı aşkarlanıb. Həmin partladıcı götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Partladıcının tapıldığı yerin ətrafında 24 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş