Qazaxda minik avtomobili ilə TIR toqquşub

Hadisə

20.04.2026 - 10:54

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.

Qazax rayon sakini atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşına məxsus "Volvo" markalı TIR-a çırpılıb, nəticədə minik maşını deformasiyaya uğrayıb.

Qəza zamanı minik avtomobilinin sürücüsü, onun iki nəfər sərnişini xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş